525.Az

Meksika sərhədində divarın tikintisinə sərf olunacaq məbləğ açıqlandı


 

Meksika sərhədində divarın tikintisinə sərf olunacaq məbləğ açıqlandı<b style="color:red"></b> Meksika ilə sərhəddə divarın tikintisi ABŞ-a 12-15 mlrd. dollara başa gələ bilər.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə  Filadelfiya şəhərində keçirilən mətbuat konfransında ABŞ Konqresindəki respublikaçı senatorların lideri Mitç Makonnel bildirib. 

Mətbuat konfransında iştirak edən Nümayəndələr Palatasını spikeri Pol Rayan, öz növbəsində, divarın tikintisi ilə bağlı rəqəm açıqlamasa da, prezident Donald Trampın bu layihənin reallaşdırılması üçün tələb olunan vəsaitlərin “artıqlaması” ilə ayrılacağını vəd etdiyini bildirib.  
 
“Biz qarşımıza ambisiyalı məqsədlər,  onların reallaşdırılması üçün isə konkret vaxt cədvəli qoymuşuq”, - deyə Pol Rayan qeyd edib.    
 
Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.
 





27.01.2017    çap et  çap et