525.Az

Meksika prezidenti ABŞ səfərindən imtina etdi


 

Meksika prezidenti ABŞ səfərindən imtina etdi<b style="color:red"></b> Meksika prezidenti Enrike Penya Nyeto ABŞ prezidenti Donald Trampla danışıqlar aparmaq  üçün ABŞ-a yanvarın 31-nə planlaşdırdığı səfərini ləğv edib. 
 
APA-nın xəbərinə görə, bu barədə Enrike Penya Nyeto “Twitter” səhifəsində bildirib.
 
Buna baxmayaraq, Meksika prezidenti qonşu ölkə ilə dialoqa hazır olduğunu bildirib:
 
“Meksika hər iki ölkəyə fayda gətirəcək sazişlərin əldə olunması üçün ABŞ-la işləmək niyyətində olduğunu bir daha bildirir”.  
 
Qeyd edək ki, Donald Tramp yanvarın 25-də Meksika ilə sərhəddə divarın ucaldılmasına dair fərman imzalayıb.
 
“Mexiko divarın tikintisini maliyyələşdirməyəcəksə, yaxşısı budur, Nyeto səfərini ləğv etsin”, -deyə Tramp daha sonra bildirib.
 





27.01.2017    çap et  çap et