525.Az

Venesiyada turistlər mühacirin kanalda boğulmasını qəhqəhə ilə izlədilər


 

Venesiyada turistlər mühacirin kanalda boğulmasını qəhqəhə ilə izlədilər<b style="color:red"></b> Qambiyadan olan qaçqın Venesiyanın Böyük kanalında turistlərin gözü qabağında boğulub.

APA-nın “Independent” nəşrinə istinadən verdiyi xəbərə görə, 22 yaşlı Pateh Sabalinin boğulmasını görən  turistlər hadisəni qəhqəhə və “öz ölkənə get” kimi irqçi ifadələrlə  telefona qeydə almağa başlayıblar. 
 
Məlumata görə, hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.  Xilas olunması üçün suya üç  xilasedici halqa atılsa da, Pateh Sabali özünü onlardan heç birinə çatdıra bilməyib. Hadisəni izləyən şəxslərdən heç biri suya atılmayıb, nəticədə miqrant boğulub.
 
“Mən heç kimi günahlandırmıram, lakin onu xilas etmək üçün, bəlkə də,  əlavə nə isə etmək olardı”, - deyə hadisəni şərh edən İtaliya Xilasedicilər Birliyinin rəhbəri Dino Basso nəşrə bildirib.
 





27.01.2017    çap et  çap et