525.Az

Davud Nəsibin ümid qatarı


 

Davud Nəsibin ümid qatarı

Bəxtiyar QARACA  

Lap uşaqlıqdan yolları qatarları sevirdi. Xəyalında o yollara düşüb çox getmişdi, o qatarlara minib dünyaları gəzmişdi. Hər gecə o qatarların səsini eşidər, vaqonların yorğun işıqlarını seyr edərdi:

 

 

Bir uşağın intizarından

 

Köksü yaralı,

 

Gedib-gələn qatarları

 

Bir-bir sayırdı.

 

Qatar keçir gecəyarı,

 

Kənddən aralı,-

 

Sən tələsmə, o,gələcək”-

 

Pıçıldayırdı.

 

Bu qatarın sözlərini

 

Bir eşit, dinlə:

 

Bir ata var, uyuyubdu,-

 

Uzaq bir çöldə”...-

 

Pıçıldayır səhər-axşam:

 

Gedək mənimlə,

 

İntizarla gözləyir o,

 

Bir qərib eldə”.

 

 

O, gələcəkümidilə böyüdü həmin qatarlarda bir gün yola çıxdı. Xəyalında, ürəyində olanları, müharibədən qayıtmayanlarıatasını, əmilərini, əzizlərini axtara-axtara yollar keçdi, ölkələr gəzdi. Lap sonda bildi ki axtardığı elə burdayanında, ürəyində imiş...

 

O bilirdiinsan yaşasa da, yaşamasa da böyüyür, yaşı artır, özü isə yaddaşlarda dünyadan köçüb getdiyi kimi qalıruşaq, cavan, yaxud qoca. Necə ki atası yaddaşında cavan. Gənc qalmışdı...

 

Yaşasaydı, 70 yaşını görəcəkdi, yaşamadı, yaşaya bilmədi, o qatarlar yollar, bir son illərin ağrı-acıları onu yaşamağa qoymadı.

 

Ədəbi ictimaiyyətin yaxşı tanıdığı şair, publisist, tərcüməçi Davud Nəsib 9 ildən artıqdır ki, bu dünyada yoxdur. Yaddaşlarda isə necə var- yaşayır, bu illər ərzində dəyişən onun həsrəti, kədəri, bir yaşıdır.

 

Dünyasını dəyişəndə ömrünün 60- ilinə qədəm qoymuşdu. Bu yaxınlarda isə 70 yaşı tamam oldu. Bu yaşı övladları, yaxınları artıq neçənci dəfə onsuz qeyd etdilər.

 

Davud Nəsibi poeziyaya da ata həsrəti gətirmişdi. “Gözüm səni axtarır” (1966), “Dağlar danışsaydı” (1969), “Məhəbbət yolları” (1973), “Anama məktublar” (1974 – Moskva), “Ürək sözsüz danışar” (1976) kitabları, “Oğullar vətənləşib”, “Qayıdın, atalar”, “Ümid qatarı”, “Yuxuda görüşəsərlərində o, dönə-dönə müharibəyə, onun doğurduğu faciələrə geniş yer vermişdi. Ata həsrəti, ata qayğısına, ata məhəbbətinə ehtiyac, atasızlığın doğurduğu ağrı-acı, Vətən uğrunda döyüşlərdə həlak olmuş, üzünü belə görmədiyi atanın xatirəsi önündə ağrılı fərəh, iftixar hissi Davud Nəsibin şeirlərində təsirli cizgilərlə öz əksini tapır. Davud Nəsib özü səmimiyyətlə etiraf edirdi ki, “Bu müqəddəs mövzudan mənim atam doğulub,onda mənim düşmənə qalib gəlmiş əsgər atam yaşayır.”

 

Vaxtilə bu həsrətlə qələmə aldığıAtaşeiri vaxtı-zamanı üstələyib bu günkü dərdlərimizlə, qaçqınlığımız, köçkünlüyümüzlə necə səsləşir:

 

 

Ev tikmək istədik, qaldı yarımçıq,

 

Yaşıl mamır bitdi daşların üstdə.

 

Hardasan, ay ata, hardasan? Gəl çıx,

 

vaxtdır qalmışıq qulağı səsdə...

 

 

Dünya bir körpüdürkitabına yazdığı ön sözdə tənqidçi Nadir Cabbarov daima Davud Nəsibin şeirlərindən boylanan bu ata həsrətini belə qiymətləndirirdi: “Davudun lirik qəhrəmanı şəhid ata yoxluğuna yenə vəfalı övlad-oğul məhəbbətilə yanan həmin o kövrək lirik qəhrəmandır. Davud Nəsibin şeirlərində çox tez-tez eşitdiyimiz bu çağırış, “Ay atanidası ilə əks olunan bu nisgilli haray uzaq illərin müharibə deyilən acı sərt bir həqiqətindən baş alıb gəlir. Bu həqiqətinqəm asılı pəncərələrindənboylanan uşaq yaddaşı özü ilə bərabər dünyəvi kədərin, hamımızın payına düşən o bəşəri müsibətin solub-saralmayan, iliklərə qədər hopmuş acı xatirələrini çəkib gətirir:

 

 

Dörd ildə qar düşdü saçlara dən-dən,

 

Nələr eşitmədik, nələr görmədik.

 

Dörd il qəm asıldı pəncərələrdən,

 

Dörd il bu dünyanı gülər görmədik...

 

 

Bu misralar isə Davud NəsibinTərcümeyi-halşerindəndir. Onu rəqəmlərlə ifadə eləsək, onu belə yazmaq olar: Davud Nəsib 1942-ci il avqustun 25- Qazax rayonunda anadan olub. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra – 1959-1963-cu illərdə ADU-nun kitabxanaçılıq fakültəsində təhsil alıb. Ədəbi fəaliyyətə 1956- ildə həmin rayonda nəşr olunanQalibiyyət bayrağıqəzetindəMənim doğma çayımmənim Kür çayımadlı ilk şeiri ilə başlayıb.

 

Həmin vaxtdan fəal şəkildə ədəbi proseslərə qoşulan Davud Nəsibin yaradıcılığı çoxcəhətli, axtarışları rəngarəngdir. O, SSRİ xalqları, eləcə dünya ədəbiyyatından bədii tərcümələrin müəllifidir. Macar şairi Mikloş RadnotininYaralı ağılarşeirlər kitabını ilk dəfə doğma dilimizə çevirən Davud Nəsibdir. Tərcümələri sevə-sevə edirdi, onlara öz əsərlərinə çəkdiyi zəhmətdən az zəhmət çəkmirdi. Ədəbi materiala diqqət, sevgi bir vaxtlar onu –1978-1080-ci illərdə Macarıstana çəkib aparmışdı.

 

Onun yaradıcılığı o vaxtkı sovet oxucularına da yaxşı tanış idi. Əsərləri MoskvadaSovetski pisatelnəşriyyatında böyük tirajla çap olunmuşdu. “Anama məktublar” (1974), “Ocaq daşları” (1981) şeirlər kitabları belə uğurlu ədəbi nümunələrdəndir.

 

Davud Nəsibin həyatında, yaradıcılığında Azərbaycan Televiziyası da böyük rol oynayıb, bir müddət – 1966-1969-cu illərdə Dövlət Televiziya Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor vəzifəsində çalışıb. Sonralar – 1971-1972-ci illərdə Moskvada SSRİ Yazıçılar İttifaqı nəzdində ikiillik Ali Ədəbiyyat kurslarını bitiribƏdəbiyyat incəsənətqəzeti redaksiyasında əvvəlcə ədəbi işçi, sonra təsviri sənət şöbəsinin, daha sonra poeziya şöbəsinin müdiri olub. Qəzetin o dördə böyük nüfuz qazanmasında onun yaşlı gənc nəslə mənsub tanınmış müəlliflərilə yanaşı həm yaradıcı, fədakar əməkdaşlarının zəhməti az deyildi. Belə qələm sahiblərindən biri istedadlı şair, publisist Davud Nəsib idi.

 

O, Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü, Azərbaycan komsomolu (1984) Ümumittifaq komsomolu mükafatları laureatı idi (1986). ÜİLKGİnin XVU qurultayına Azərbaycandan nümayəndə seçilmişdi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq Azərbaycan LKGİ-nin Fəxri fərmanlarına layiq görülmüşdü. Az ömründə yazıb yaratdıqlarına nəzər salmaq kifayətdir: “Gözüm səni axtarır” (1966), “Dağlar danışsaydı” (1969), “Məhəbbət yolları” (19730, “Ürək sözsüz danışır”(1976), “Ümid qatarı” (1979), “Bizdən sonra yaşayanlar” (1981), “Əsrin laylası” (1982), “Azərbaycan bayatısı” (1984), “Dünya bir körpüdür” (1987), “Karvan gedir” (1991), “Cavanşir” (2000), “Cavanşirsiz məmləkət” (2002) hələ nəşr olunmayanAta laylası”. 

 

O, harda olmasından, harada yaşamasından asılı olmayaraq bütün ruhu ilə, varlığı ilə öz yurduna, torpağına bağlı idi:

 

 

 

Vətən məhəbbətli, vətən ünvanlı

 

Bir ürək döyünür köksümün altda.

 

 

Həmyaşıdları kimi, İkinci Dünya müharibəsi illərində doğulan şairin canından o davanın ağrı-acıları heç vaxt getmədi. Müharibə qurtarsa da, onun törətdiyi faciələr uzun illər ata-oğul niskilli insanların qəlbində kök salıb yaşayırdı. Odur ki, bu faciələri yaşayanların, xüsusilə ötən əsrin 60- illərində ədəbiyyata gələn insanların yaddaşında, qələmində müharibə mövzusu geniş yer tuturdu. Davud Nəsibin şeirlərinə o illərin havası hopmuşdu. Müharibədə həlak olan həmvətənlərinin, davadan geri qayıtmayan atasının digər doğmalarının narahat ruhu onun yazılarına hakim kəsilmişdi:

 

 

 

...İndi böyümüşəm, evə baxıram,

 

Bir yurda bir ümid gətirmişəm mən.

 

Məni od içində tapıbdır anam.

 

Bir ata, üç əmi itirmişəm mən.

 

 

 

Müharibədən illər keçsə , o yalnız biganələr manqurtlar üçün, dünyanın gələcəyinə arxa çevirənlər üçün qurtarıb başa çatır. Başqaları üçünsə müharibə elə bir faciə, elə bir fəlakətdir ki, tarixin göz yaşları ilə dolu ibrət dərsi kimi daim xatırlanır. Müharibə Davud Nəsib taleli insanlar üçün həm birTərcümeyi-haldır:

 

 

Mənim yaşıdlarım barıt nəfəsli,

 

Bütün nəsillərin kövrək nəslidir.

 

Mənim həyat nəslim,

 

Qayğılı nəslim

 

Bəlkə ağıl nəsli,

 

Ürək nəslidir.

 

 

Onun şeirləri xalqın ruhuna köklənən, bugünkü gəncliyin nəbzini tutan şeirlərdir. Həyat təzadlarla, zidiyyətlərlə doludur. Davud Nəsib bunları çox gözəl bilirdi. Kədərlə sevinci insanların həyatından, taleyindən kənarda təsəvvür etmək mümkün deyil.Birin çox, birin az. Lakin zəhmətsiz, hazır səadətin, sevincin ömrü az olur. İnsan gərək xoşbəxtliyi öz gücü, öz istedadı, bacarığı ilə qazansın. Qarşısına çıxan şər qüvvələrə qalib gələ bilsin. Bu mənada Davud Nəsibin dillər əzbəri olan şeirləri var. Bir ata nəsihətiləA qızlar, sevgidə tələsməyin sizdeyə gənc qızlara ünvanladığı bir şeiri həm bütün Azərbaycan gəncliyinə, onun sabahına bir məktub da hesab eləmək olar:

 

 

HƏYATIN HESABSIZ HAY-HARAYINDAN

 

ÖMRƏ BİR HAY DÜŞÜR, BİR HARAY DÜŞÜR.

 

YADDA SAXLAYIN , SEVGİ PAYINDAN

 

HƏYATDA HƏRƏYƏ BİRCƏ PAY DÜŞÜR.

 

 

GİZLİCƏ QOVRULUB HEY İÇİN-İÇİN

 

KİM İSƏ ÖMRÜNÜ AÇAR SƏHƏRSİZ...

 

HƏLƏ TƏLƏSMƏYİN, HƏR BİRİNİZÇÜN

 

BİR OĞLAN YOL GƏLİR SİZDƏN XƏBƏRSİZ....

 

 

 

Davud Nəsib dövrün, zəmanənin övladıdır. Bunu söyləməyə onun yazdığı şeirləri, nəsr əsərləri əsas verir. 1991-ci ildəKarvan gedirkitabından sonra sanki onun yaradıcılığında uzun bir fasilə yaranır. Amma az sonra iki böyük əsərlə –2000-ci ildə nəşr olunanCavanşir iki il sonraCavanşirsiz məmləkəttarixi romanları ilə o, yenidən oxucuların görüşünə gəlir.

 

Davud Nəsib tarixə, keçmişə bağlı şair idi. Dərdin, kədərin, həsrətin ifadəsi üçün klassik ədəbiyyatdan gələn bənzətmələrdən məharətlə istifadə edir, durnaları köçəri qumru quşları əvəz edir:

 

 

Bəlkə dalınca mən qaçardım,

 

Ürəyim çatlayıb yarılmasaydı.

 

Uçardım sizinlə, elə uçardım

 

Əgər qanadlarım qırılmasaydı.

 

 

Hardan uçmuşdunuz, köç etmişdiniz,

 

Kim saldı vətəndən sizi didərgin?

 

Buranı gəlməyə seç etmişdiniz, –

 

Buranın obası, düzü didərgin.

 

 

Kökündə Nizami, Füzuli, Vaqif, Zakir şeirlərinin ruhu duyulan bu həsrət nəğmələrinin Davud Nəsib dünyasında başqa bir yeri, mənası var. Yaşadığı illər ağrı-acılar onu dəyişə bilmədi, Davud Nəsib həmişə üzünü dünyaya, insanlara tutdu.Yer üzündəki fəlakətlər, itkilər həqiqi bir şair kimi ondan yan ötmədi. Haqqın, ədalətin, sülhün, əmin-amanlığın bəşəriyyət üçün yeganə yol olduğuna şərik çıxdı, buna inandı bir gün yenə, heç kəsin gözləmədiyi bir vaxtda uşaqlıqdan arzuladığı qatarların, yolların arxasınca düşüb getdi – 2003- il martın 26-da bir qəzada dünyasını dəyişdi. Amma onun içindəkiqəzadaha əvvəllər baş vermişdi...

 

 

Görməyib, neyləsin yazıq kasıblar...

 

Nemət qucaq-qucaq, var qucaq-qucaq;

 

Çəkir qabağına süfrədə var,

 

Hər kəs özü üçün yaşayır ancaq.

 

Basır üst-üstünə tamah-tamahı,

 

Tamahı olanın olmur Allahı.

 

Hara getməliyik, Qumru quşları?

 

Məni qınamayın, deyəsən tapdım:

 

Gora getməliyik, Qumru quşları.  
 





28.09.2012    çap et  çap et