525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b> Yanvarın 28-də Bakı və Abşeron yarımadasında arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturunun gecə 0-2° şaxta, gündüz 1-3° isti, Bakıda gecə 0°-yə yaxın, gündüz  1-3° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət  80-90 % təşkil edəcək.
 
Tibbi-meteoroloji xəbərdarlığa əsasən, yanvarın 28-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu əksər insanlar üçün çox əlverişsizdir.
 
Rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
 
Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
 
Yolların buz bağlama ehtimalı var.
 





27.01.2017    çap et  çap et