525.Az

Pensiya islahatları ilə bağlı yeni qanun gəlir


 

Pensiya islahatları ilə bağlı yeni qanun gəlir<b style="color:red"></b>

Azərbaycanda pensiya islahatları ilə bağlı yeni qanunun qəbulu gözlənilir.

Bu haqda yanvarın 26-da Milli Məclisin (MM) qarşıdan gələn növbəti yaz sessiyası ilə bağlı parlamentin Əmək və sosial siyasət komitəsinin ilk iclasında sözügedən komitənin sədri Hadi Rəcəbli məlumat verib.

Komitə sədri deyib ki, bununla bağlı qanun layihəsi artıq hazırdır və onun yanvarın 31-də İşçi Qrupunun, fevralın 3-də isə adıçəkilən komitənin iclasında müzakirəyə çıxarılması nəzərdə tutulur.
 
"Bu, çox ciddi qanundur. Orada çox mühüm məsələlər əksini tapıb. Biz İşçi Qrupunda və komitəmizdə geniş müzakirə etdikdən sonra onu plenar iclasa tövsiyə etməliyik.
 
Daha doğrusu, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da iştirakı ilə ayın 3-də keçiriləcək müzakirədən sonra onu fevralın 14-də baş tutacaq plenar iclasa tövsiyə etməyi nəzərdə tuturuq. Hələlik bu barədə indidən geniş danışmaq istəmirik. Ayın 3-də çox geniş şəkildə müzakirə olunacaq və ətraflı izahat veriləcək".

Kamil HƏMZƏOĞLU

 





27.01.2017    çap et  çap et