525.Az

“FEMMES DIGITALES” təşkilatı qadınları mükafatlandırdı - Fotolar


 

“FEMMES DIGITALES” təşkilatı qadınları mükafatlandırdı - <b style="color:red">Fotolar</b>

Dünən Beynəlxalq Muğam Mərkəzində informasiya və kommunikasiya texnologiyaları sahəsində çalışan ən qabaqcıl qadınlara “AWITA 2017” - The Women in IT Award mükafatlarının təqdim olunma mərasimi keçirilib.

Azərbaycanda İKT sahəsinin populyarlaşması istiqamətində mütəmadi olaraq müxtəlif maarifləndirici tədbirlər təşkil edən Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” təşkilatı tərəfindən təşkil olunan mərasimdə 300-ə yaxın qonaq iştirak edib.

Tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, ABŞ səfiri Robert Sekuta və onun həyat yoldaşı, millət vəkili Tahir Mirkişili, eləcə də digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, bu il yalnız kişilərdən ibarət, müxtəlif dövlət strukturları, İKT sahəsində fəaliyyət göstərən şirkətlər, universitetlər və kütləvi informasiya vasitələrinin nümayəndələrinin təmsil olunduğu münsiflər heyəti 15 nominasiya üzrə qalibləri seçib.

Qaliblər aşağıdakı nominasiyalar üzrə seçiliblər:

İLİN İNNOVATORU — “Asan İmza” mobil elektron imza xidmətinin operatoru olan “B.EST Solutions” şirkətinin təsisçisi və direktoru, Azərbaycan Qadınlarının İKT Klubu - “FEMMES DIGITALES” təşkilatının rəhbəri və təsisçisi Yana Krimpe;

İLİN TƏSİSÇİSİ, BAŞ İCRAÇI DİREKTORU VƏ YAXUD İT DİREKTORU — НР Azerbaijan şirkətinin rəhbəri İnara Quliyeva;

İLİN QADINI — “Iteca Caspian” şirkətinin satış departamentinin direktoru Rəna Abutalıbova;

İT SAHƏSİNDƏ İLİN QƏHRƏMANI — “Microsoft” şirkətinin marketinq üzrə regional meneceri Səbinə Pərvizi;

MÜNSİFLƏR HEYƏTİNİN SEÇİMİ – Azərbaycan Texniki Universitetinin şöbə müdiri Məsumə Məmmədova;

İLİN RƏQIMSAL LİDERİ — “Cybernet” şirkətinin layihələrin idarə edilməsi departamentinin rəhbəri Şəhla Məmmədova;

İLİN STARTAPI — “TechSOS” startapının həmtəsisçisi Aytac Ağabəyli;

İLİN PROQRAM TƏMİNATI — “Geotek BS” şirkətinin proqram təminatıçısı Nigar Hacıbabayeva;

İLİN TRANSFORMASİYASI — Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin departament rəhbəri Ulduzə Xəlilova;

İLİN PROQRAMÇISI — ULTRA Technologies şirkətinin proqramçısı Fidan Cəfərova;

İLİN SAHİBKARI — ULTRA Technologies şirkəti;

İT SAHƏSİNDƏ İLİN MÜƏLLİMİ – İKT üzrə Avropa liseyinin direktor müavini Rəhilə Əliyarzadə;

İT SAHƏSİNDƏ İLİN QRUPU/İT TƏHSİL PROQRAMI/İT TƏHSİL LAYİHƏSİ — WoWoman Tech Tech Xanim layihəsi;

UCQAR BÖLGƏDƏ İT SAHƏSİNƏ VERİLƏN TÖHFƏ — Ağcabədi rayonu Salmanbəyli kənd məktəbinin informatika fənni üzrə müəlliməsi Şəhanə Bədəlova;

İT SAHƏSİNDƏ İLİN TƏLƏBƏSİ — ADA Universitetinin İnformasiya Texnologiyaları fakültəsinin 3-cü kurs tələbəsi Elnarə Nəbiyeva.

Tədbirdə, həmçinin, “FEMMES DIGITALES” təşkilatı tərəfindən bütün tərəfdaşlar qeyd edilib, mərasimin təşkilində göstərdikləri dəstəyə görə fəxri diplomlarla təltif olunublar.

Mükafatlandırma mərasiminin aparıcısı, Əməkdar artist Murad Dadaşov "Klubun ən yaxşı dostu" seçilib. "İnfocity" jurnalının direktoru Dmitri Adrianov isə “Ən yaxşı media tərəfdaşı” adına layiq görülüb.

Tədbirdə bütün tərəfdaşlar və sponsorlar - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, ASAN Xidmət, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan İnternet Forumu, ADA Universiteti, Eurodesign, Fleuriste, Gazelli Group, Hillside Wine, Goldenpay, Hewlett-Packard International Trade BV, Caspersky LAB, Lenovo, Microsoft Azərbaycan, Paramount Travel, R.I.S.K. Company, Safaroff Creative Agency, SAP, ULTRA Technologies, A+A Security, ASAN Radio, AzerTurkBank şirkətləri, Nuri Əhmədov, Ramin Musayev fəxri diplomla mükafatlandırılıblar.

 





27.01.2017    çap et  çap et