525.Az
Polisə yalan məlumat verən şəxs azadlığa buraxıldı
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Ruslan Abışovun cinayət ili üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Abışov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R. Abışov soyğunçuluğa məruz qalması ilə bağlı polisə yalan məlumat verməkdə ittiham olunur. O, tanımadığı şəxsin ona bıçaqla hədə-qorxu gələrək, pulunu əlindən aldığını demişdi.
27.01.2017
çap et