525.Az

“Yol-hərəkəti qaydalarını pozan 3 milyona yaxın şəxsə protokol tərtib edilib”


 

“Yol-hərəkəti qaydalarını pozan 3 milyona yaxın şəxsə protokol tərtib edilib”<b style="color:red"></b> "Azərbaycanda yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında artıq dördüncü ildir ki, nəzərəçarpan azalma müşahidə olunur".
 
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması ötən il 13 faiz artaraq 2.861.880 inzibati xəta təşkil edib. O cümlədən sürət həddinin aşılması ilə bağlı təxminən 2 dəfə, piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar 20 faiz, sərnişindaşıma qaydalarının pozulması ilə bağlı isə 37 faiz çox fakt müəyyən olunub.
 
Bütövlükdə müxtəlif inzibati xətalara görə respublika  üzrə 2015-ci illə müqayisədə 12,5 faiz çox və ya 2.970.367 protokol tərtib edilib. Nəticədə 2.884.578 nəfər cərimələnib,  3.858 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 47.236 şəxsə xəbərdarlıq edilib.
 





27.01.2017    çap et  çap et