525.Az

“İnter”in pulu olmasaydı...”


 

“İnter”in pulu olmasaydı...” <b style="color:red"></b>

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Beynəlxalq Bankının Bakının “İnter” klubuna sponsorluğunu dayandırmasına qısa münasibət bildirib.

O, Qol.az-a açıqlamasında deyib ki, PFL-ə bu məsələ ilə bağlı rəsmi müraciət daxil olmadığında fikir bildirmək istəmir: “Amma onu deyim ki, “İnter”in pulu olmasaydı, Antalyaya hazırlığa getməzdi. Hər halda Türkiyə səfərinə xeyli vəsait xərclənir”.

Qeyd edək ki, bu gün “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyəti “İnter” Peşəkar İdman Klubuna bank tərəfindən sponsorluğun dayandırılmasına qərar verib. Bankın İdarə Heyətinin sədri Xalid Əhədov bildirib ki, klub sponsor üçün açıq elan olunur: "Kluba sponsorluq etmək istəyənlər bununla bağlı AFFA-ya müraciət edə bilər".

 





27.01.2017    çap et  çap et