525.Az

FHN “Sovetski”dəki yanğınla bağlı məlumat yaydı


 

FHN “Sovetski”dəki yanğınla bağlı məlumat yaydı<b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyi (FHN) Bakının Yasamal rayonunda "Sovetski" adlanan ərazisində binada baş vermiş yanğınla bağlı məlumat yayıb.
 
525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakının Yasamal rayonunda vətəndaşlara məxsus üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 4 mənzili 118 m² sahədə yanıb.
 
Yanğın zamanı 1969-cu il təvəllüdlü Liliya Mixalovna Xazibovanın yanmış meyiti aşkar olunub və 3-cü mərtəbənin eyvanından 2 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.
 
Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilər hadisə yerinə cəlb olunaraq L.M.Xazibovanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil verib.
 





28.01.2017    çap et  çap et