525.Az

“Real” qəsdən uduzub?


 

“Real” qəsdən uduzub?<b style="color:red"></b>

“Selta”nın baş məşqçisi Viktor Fernandes “Real”ın baş məşqçisi Zinəddin Zidan haqda sensasion ittiham irəli sürüb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis fransız həmkarının istəyi ilə “Real”ın İspaniya Kubokunda mübarizəni qəsdən dayandırdığını iddia edib:

“Zidan hələ komandasının əvvəlki mərhələdə, “Sevilya” ilə oyunlarda mübarizəni dayandırmasını istəyirdi. Lakin rəqib baş məşqçi onu qabaqladı. Zidan ötən ildən komandasının İspaniya kubokundakı çıxışını başa vurmasının tərəfdarı idi”.

Xatırladaq ki, “Real” İspaniya Kubokunun 1/4 finalında 2 oyunun nəticəsinə görə 3:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

 





28.01.2017    çap et  çap et