525.Az

“İçəri şəhər” filmi beynəlxalq festivallarda


 

“İçəri şəhər” filmi beynəlxalq festivallarda<b style="color:red"></b>

Azərbaycan kinematoqrafçılarının işi olan “İçəri şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” və 7-ci “Yaşvant” beynəlxalq film festivallarının “Dünya kinosu” bölümündə nümayiş etdirilib.

Kinostudiyadan AZƏRTAC-a bildirilib ki, film hər iki festivalda maraqla qarşılanıb. Psixoloji dram janrında lentə alınan filmin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan bu ekran əsəri bir sıra beynəlxalq festivallarda nümayiş olunub.

 





28.01.2017    çap et  çap et