“Azərbaycan” jurnalının 2017-ci ildəki ilk sayı yenicə işıq üzü görüb.
Dərgidəki ilk material akademik Rafael Hüseynovun “Azərbaycan” jurnalının 95 illiyinə həsr olunan “Yaşa, yaşa, çox yaşa!” yazısıdır:
“İndi 90-ı adlayıb 100-ə doğru irəliləyən “Azərbaycan”ın keçmiş adlarını ard-arda düzüb düşünərkən içərimdə bu qənaət də yaranır ki, əslində, hərəsi bir epoxanı, tərəqqi yolumuzun bir mərhələsini əks etdirən o adların hər biri çox rəmzidir və dərin həqiqəti ifadə edir. Çünki yaşadığı ömür yolu açıqca göstərir ki, “Azərbaycan” zamanına görə həm maarifin, savadlanmanın, daxilən işıqlanmanın və geniş ölçüdə mədəniyyətin, həm inqilabi dəyişikliklərlə müşayiət edilən mədəni quruculuğun, həm də Vətən uğrunda mübarizələrin ümdə meydanı olub”.
“Poeziya” bölməsində Musa Yaqub, Rəfail Tağızadə, Musa Ələkbərli, Saleh Qurbanov, Nuranə Nur, Fərid, Adilə Nəzər və Qədiməli Əhmədin şeirləri çap edilib.
“Nəsr”də Mübariz Cəfərlinin “Şəklin arxasında” povesti, Təranə Vahidin hekayə və esseləri, eləcə də Vüsal Nurunun “Tüklü sabun”, Namaz Məmmədoğlunun “Günortadan sonrakı zəng” hekayələri dərc olunub.
Yazıçı Vidadi Babanlının 90 illik yubileyinə həsr edilən bölümdə Vaqif Yusiflinin “Xudam əsir gəməz rəhmini məndən” yazısı verilib.
“Esse”də Xalq yazıçısı Anarın “Əkinçi haqqında xatirələr”i, İsrafil İsrafilovun “Tarixdə yaşayan “Ölülər”i yer alıb.
“Yeni tərcümələr”də Kurt Vonnequtun “Qonşu qapı”, “Gəzinti” hekayələrini oxuya bilərik.
“Ədəbi talelər”də Günel Natiqin “Ağrını incəsənətə çevirən dahi”, “Publisistika rubrikasında “Vahid Qazinin “Tanrılarla baş-başa” yazıları, “Tənqid və ədəbiyyatşünaslıq” bölməsində Ülvi Babayevin Qan Turalının yeni kitabı barədə qeydlərilə tanış oluruq.
Cavid QƏDİR
çap et