525.Az

“Uğurlu rəsm əsəri”nin qalibləri mükafatlandırılacaq


 

“Uğurlu rəsm əsəri”nin qalibləri mükafatlandırılacaq<b style="color:red"></b>

Yanvarın 30-da “Uğurlu rəsm əsəri” müsabiqəsinin yekun sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda baş tutacaq sərgidə sözügedən rəsm müsabiqəsinin qalibləri mükafatlandırılmaqla yanaşı, ilin uğurlu sənət əsəri müəyyən olunacaq.

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə gerçəkləşən müsabiqənin yükün sərgisində 40-dək fırça ustasının əsəri nümayiş ediləcək.

Müsabiqənin yekun sərgisində 17 rəngkarlıq, 11 qrafika, 8 heykəltəraşlıq və 6-dək xalçaçılıq, yağlı boya, akvarel və batika janrında olan əsərlər yer alacaq.

 





28.01.2017    çap et  çap et