525.Az

Elton Con “Şeytan Prada geyinir” tamaşasına musiqi bəstələyəcək


 

Elton Con “Şeytan Prada geyinir” tamaşasına musiqi bəstələyəcək<b style="color:red"></b>

Məşhur britaniyalı müğənni və bəstəkar Elton Con Brodvey Teatrında səhnələşdiriləcək “Şeytan Prada geyinir” tamaşasına musiqi bəstələyəcək.

AzərTAc thewrap.com saytına istinadən xəbər verir ki, tamaşa Loren Veizberqin eyniadlı əsəri əsasında hazırlanacaq.

“Mən həm kitabın, həm də filmin böyük fanatıyam. Həmçinin moda dünyasını yaxından izləyirəm”, - deyən Elton Con əsərin teatrda səhnələşdirilməsi üçün səbirsizləndiyini vurğulayıb.

Premyeranın tarixi və aktyor heyəti haqqında hələlik məlumat açıqlanmayıb.

Qeyd edək ki, 69 yaşlı Elton Con “Kral Lir” və "Aida” musiqili tamaşaları üçün də mahnı yazıb.

 





28.01.2017    çap et  çap et