525.Az

Xoruz həbsxanaya salındı


 

Xoruz həbsxanaya salındı<b style="color:red"></b> Hondurasda Truxilyo şəhərinin iki sakini arasında mübahisəyə səbəb olan xoruz həbsxana kamerasına salınıb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, münaqişə kişi öz həyətində qonşusunun quşunu görəndən sonra başlayıb.

Xoruzun onun bağçasındakı ağaca çıxıb banlayaraq səs salması xoşuna gəlməyib.

Onun iradları xoruzun sahibini hövsələdən çıxarıb və kişilər bir-birini söyməyə başlayıblar. Kişilərdən biri o birisini öldürməklə hədələyəndə, qoinşular polis çağırıb.

Qanun keşikçiləri mübahisə tərəflərini həbs etməyiblər, əvəzində xoruzu tutub həbsxanaya aparıblar.
 





28.01.2017    çap et  çap et