525.Az

Tramp: "ABŞ-ın möhkəm sərhədlərə ehtiyacı var"


 

Tramp: "ABŞ-ın möhkəm sərhədlərə ehtiyacı var"<b style="color:red"></b> ABŞ prezidenti Donald Tramp ABŞ-ın hazırda möhkəm sərhədlərə ehtiyacı olduğunu bəyan edib.
 
APA-nın məlumatına görə, D. Tramp bunu “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
D. Tramp yazıb ki, ABŞ-a möhkəm sərhədlər və hərtərəfli yoxlama lazımdır: “Baxın, Avropada, bütün dünyada nə baş verir? Dəhşətli qarışıqlıq var!”.
 
Xatırladaq ki, cümə günü D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
 





30.01.2017    çap et  çap et