525.Az

Azərbaycanda rektorun bacısı oğlu həbs olundu


 

Azərbaycanda rektorun bacısı oğlu həbs olundu<b style="color:red"></b>

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi dünən Lənkəran Dövlət Universitetində əməliyyat keçirib.

Lənkəran sakinlərinin “Qafqazinfo”ya verdiyi məlumata görə, LDU-nun rektoru Asəf Isgəndərovun köməkçisi Qorxmaz Ağayev həbs olunub.

Sakinlər bildiriblər ki, Qorxmaz Ağayev hazırkı rektor Asəf Isgəndərovun köməkçisi olmaqla yanaşı, həm də bacısı oğludur. Mediada tez-tez gündəmə gələn rektorun hətta bu yaxınlarda həbs olunacağı barədə də məlumat yayılmışdı.

Qeyd edək ki, dünən gecə saatlarında LDU-da baş verən əməliyyatla bağlı rəsmi məlumat verilməyib.

 





16.04.2013    çap et  çap et