525.Az

Fransada sosialistlər prezidentliyə namizədlərini müəyyənləşdirdilər


 

Fransada sosialistlər prezidentliyə namizədlərini müəyyənləşdirdilər<b style="color:red"></b> Fransada hakim Sosialist partiyası prezidentliyə namizədini müəyyənləşdirmək üçün ilkin seçkilərin ikinci turunu keçirib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərdə sabiq təhsil naziri Benua Amon qalib gəlib. Onun 58,65% səs topladığı bildirilir.

B.Amonun yeganə rəqibi, Fransanın sabiq baş naziri Manuel Valsı 41,35% səs toplayıb.
 
Beləliklə, Benua Amon 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərində hakim partiyanın vahid namizədi olacaq.
 





30.01.2017    çap et  çap et