525.Az

"Diniyevi qucaqlamadım, qulağına söz dedim"


 

"Diniyevi qucaqlamadım, qulağına söz dedim"<b style="color:red"></b>

"Qarabağ"ın futbolçusu Ağabala Ramazanovun müsahibəsi

-  "Neftçi" ilə oyunda komandanızın lehinə təyin olunan penalti epizodunda baş hakim Ramil Diniyevi qucaqlamağınız geniş müzakirələrə səbəb olub. Bu hərəkətiniz penalti qərarına sevinməyinizdən irəli gəlirdi, yoxsa...

- Xeyr, bu, sadəcə, elə göründü. Əslində isə həmin vaxt məndən söz soruşurdu. Soruşurdu ki, həmin epizodda penalti var idimi?

- Sən nə cavab verdin?

- Mən də səs-küy olduğundan, qulağına dedim ki, bilmirəm. Bu da kənardan baxanlara sevincimdən referini qucaqlamağım kimi göründü.

- Baş hakimin futbolçuya belə bir sual verməsi normal haldır?

- Bilmirəm. Mən olanı deyirəm. 

- Ümumiyyətlə, bugünkü hakimlik barədə nə düşünürsən?

- Məncə, Diniyev oyunu normal idarə etdi.

- Səncə, rəqib meydanında yerə yıxıldığınız vaxt penalti təyin etməməkdə haqlı idi?

- Bəli. Mənə sarı vərəqə göstərməkdə haqlı idi.

- Amma həmin vaxt qərara etiraz etdin...

- Əvvəlcə etiraz etsəm də, sonradan epizoda baxandan sonra doğru olduğunu gördüm.

Sportnet.az

 





30.01.2017    çap et  çap et