525.Az

Nazir: "Siyasi və makroiqtisadi sabitlik davamlı inkişafa zəmin yaradıb"


 

Nazir: "Siyasi və makroiqtisadi sabitlik davamlı inkişafa zəmin yaradıb"<b style="color:red"></b> "Azərbaycanda siyasi və makroiqtisadi sabitlik ölkənin davamlı inkişafına zəmin yaradıb".

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev "Azərbaycan Respublikası regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı dövlət proqramı"nın icrasının 3-cü ilinin yekunlarına həsr olunmuş konfransda çıxışı zamanı bildirib.
 
Nazir bildirib ki, 2014-cü ildə regionların inkişafına start verməsəydi, bu nəticələri əldə etmək mümkün olmayacaqdı:

"Regionların yeni siması salınır. Azərbaycan prezidentinin tapşırığı ilə 40 yeni kənd yolu dövlət vəsaiti hesabına əsaslı təmir olunacaq və ya yenidən salınacaq.

Ölkədə qazlaşma prosesinin 94%-ə çatdırılması və kəndlərin qazlaşdırılması prosesinin davam etdirilməsi barədə tapşırıqlar verib. Su təchizatının yaxşılaşdırılması ilə bağlı göstərişlər verib", - deyə nazir əlavə edib.
 





30.01.2017    çap et  çap et