525.Az

"Bilsəydik, Azərbaycana getməzdik"


 

"Bilsəydik, Azərbaycana getməzdik" <b style="color:red"></b>

"Bursaspor"un prezidenti Ali Ay millimizin baş məşqçisi Robert Prosineçki ilə bağlı növbəti açıqlama verib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, Prosineçkinin transferinin alınmamağının səbəbi barədə danışıb:

 “Klub rəsmiləri xoş niyyətlə Azərbaycana getdilər və Prosineçkinin meneceri ilə görüşdülər. İlk danışıq zamanı təzminatla bağlı heç nə deyilmədi. Bu məsələ gündəmə də gəlmədi. Belə bir problemlə qarşılaşacağımızı bilsəydik, Azərbaycana getməzdik. Təzminat məsələsi son gündə ortaya çıxdı və təmsilçilərimiz dərhal Türkiyəyə qayıtdılar”.

 





30.01.2017    çap et  çap et