525.Az

Kanadada növbəti silahlı insident


 

Kanadada növbəti silahlı insident <b style="color:red"></b> Kanadanın Toronto şəhərində ölümlə nəticələnən silahlı insident baş verib.
 
APA-nın xəbərinə görə, bu barədə CBC telekanalı məlumat verib.
 
Məlumata əsasən, naməlum şəxs Corc Braun kollecinin yaxınlığında odlu silahdan atəş açaraq bir kişini qətlə yetirib.
 
İlkin məlumata görə, cinayəti törədən şəxs hadisə yerindən avtomobillə uzaqlaşıb. Meyitin yanında iki tapança aşkar edilib.

Hadisə yeri polis tərəfindən əhatəyə alınıb.
 
Qeyd edək ki, ötən gün Kanadanın Kvebek şəhərində məsciddə 6 nəfərin ölümü, azı 8 nəfərin yaralanması ilə nəticələnən terror aktı törədilib.
 





31.01.2017    çap et  çap et