525.Az

Dəniz nəqliyyatında üzücü heyətin yemək xərcləri artırıldı


 

Dəniz nəqliyyatında üzücü heyətin yemək xərcləri artırıldı<b style="color:red"></b> Nazirlər Kabineti “Müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara  və vasitələrə sərf olunan xərclərin, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin normalarının müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.
 
APA-nın məlumatına görə, qərara əsasən, indiyə qədər dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması 10 manatadək müəyyən edilib.
 
Dəyişikliyə əsasən, bundan sonra dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərclərinin gündəlik norması Xəzər dənizində üzən gəmilərin üzücü heyəti üçün 15 manatadək, Xəzər dənizindən kənarda üzən gəmilərin üzücü heyəti üçün 15 ABŞ dollarınadək məbləğdə müəyyən edilib.
 





31.01.2017    çap et  çap et