525.Az

Yollardakı vəziyyət açıqlandı


 

Yollardakı vəziyyət açıqlandı<b style="color:red"></b> Respublikanın avtomobil yollarında müşahidə olunan vəziyyət açıqlanıb.
 
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev APA-ya açıqlamasında bildirib ki, respublika boyu avtomobil yollarında hərəkət var.
 
“Respublikanın bütün avtomobil yollarında nəqliyyatın hərəkəti var. Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi avtomobil yolu, Lənkəran-Lerik, Masallı-Yardımlı avtomobil yollarının keçdiyi ərazilərdə sulu qar yağır. Həmin yollarda da hərəkətdə heç bir problem yoxdur”, - deyə K. Əliyev qeyd edib.
 





31.01.2017    çap et  çap et