525.Az

Fevralın ilk günü hava necə olacaq?


 

Fevralın ilk günü hava necə olacaq?<b style="color:red"></b> Fevralın 1-də Bakı və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 1-3° şaxta, gündüz 0°-yə yaxın, Bakıda gecə 1-3° şaxta, gündüz   0°-yə yaxın olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.
Nisbi rütubət  85-95 % təşkil edəcək.
 
Yolların buz bağlama ehtimalı var.
 
Rayonlarda arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 2-7° şaxta, gündüz 1° şaxtadan 4°-dək isti, dağlarda gecə 9-14° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Cavid QƏDİR
 





31.01.2017    çap et  çap et