525.Az

“Eurovision-2017”nin rəmzi açarı Kiyevə təqdim edildi


 

“Eurovision-2017”nin rəmzi açarı Kiyevə təqdim edildi<b style="color:red"></b>

“Eurovision-2017” mahnı müsabiqəsini keçirmək hüququnun rəmzi açarı Ukraynanın paytaxtına rəsmən təqdim edilib. Bu barədə Kiyev şəhər merinin müşaviri Dmitri Beloserkovets “Facebook” səhifəsində məlumat verib.

AzərTAc “Seqodnya” internet nəşrinə istinadla xəbər verir ki, Kiyev meri Vitali Kliçko Stokholm Şəhər Şurasının başçısından açarı qəbul edib.

Xatırladaq ki, “Eurovision-2017” mahnı müsabiqəsi Levoberejnıda Kiyev Beynəlxalq Sərgi Mərkəzində keçiriləcək.

 





31.01.2017    çap et  çap et