525.Az

İki məhkum həbsxanada öldü


 

İki məhkum həbsxanada öldü<b style="color:red"></b> Azərbaycanda iki məhkum ölüb.
 
APA-nın məlumatına görə, hadisə Penitenasiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb.

Orada müalicə alan məhkumlar - 1964-cü il təvəllüdlü Əli Yusif oğlu Bayramov və 1971-ci il təvəllüdlü Şükür Zeynal oğlu Quliyev xəstəlik səbəbilə vəfat ediblər.
 
Qeyd edək ki, Ə. Bayramov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) 2015-ci ilin fevralında həyata keçirdiyi əməliyat nəticəsində həbs edilib.

O, bir qrup şəxslə əlbir olaraq Ukraynadan Azərbaycana 24 kiloqram narkotik keçirərkən saxlanılıb. Ş. Quliyev isə 2016-cı ildə oğurluq üstündə Sumqayıt şəhər Polis İdarəsi əməkdaşları tərəfindən yaxalanıb.
 





01.02.2017    çap et  çap et