525.Az

Afrika Millətlər Kubokunda ilk finalçı məlum oldu


 

Afrika Millətlər Kubokunda ilk finalçı məlum oldu<b style="color:red"></b> Afrika Millətlər Kubokunda ilk finalçının adına aydınlıq gəlib.
 
Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin ilk oyununda Burkina Faso və Misir münasibətlərinə aydınlıq gətiriblər.
 
1/4 finalda Burkina Faso Tunisi (2:0), Misir isə Mərakeşi (1:0) mübarizədən kənarlaşdırmışdı.
 
Oyunda hesabı Misir açıb. Mohamed Salah 65-ci dəqiqədə şimali afrikalıları hesabda önə keçirib. Ancaq ərəblərin bu üstünlüyü cəmi 7 dəqiqə çəkib. Aristid Banse oyunda status-kvonu bərpa edib.
 
Qarşılaşmanın əsas vaxtı bu hesabla başa çatıb. Əlavə vaxtda da qol olmayınca ilk finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Burda daha dəqiq oynayan (4:3) Misir millisi qitə birinciliyinin finalına vəsiqə qazanıb.
 
Yarımfinalın digər oyunu sabah keçiriləcək. Kamerun millisi finala vəsiqə uğrunda Qanayla mübarizə aparacaq.
 
Afrika Millətlər Kuboku
Yarımfinal
1 fevral

 
Burkina Faso - Misir 1:1 (pen.: 3:4)
Qollar
: Banse, 72 - Salah, 65
 





02.02.2017    çap et  çap et