525.Az

Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək


 

Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək<b style="color:red"></b>

Fevralın 6-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı Qara Qarayevin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığından danışılacaq, milli musiqi xəzinəmizin zənginləşməsindəki xidmətləri vurğulanacaq. Tədbir konsert proqramı ilə davam edəcək.
Q.Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin üzvlərinin və Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin birgə iştirakı ilə baş tutacaq konsertdə bəstəkarın əsərlərinə müraciət olunacaq.

 





02.02.2017    çap et  çap et