525.Az

Azərbaycanda ilk onlayn PR jurnalı yaradıldı


 

Azərbaycanda ilk onlayn PR jurnalı yaradıldı<b style="color:red"></b>

Bu gün Azərbaycanda ilk onlayn PR jurnalı olan Proloq.az fəaliyyətə başlayıb.
Azadinform xəbər verir ki, Arzu Soltan, Cəfər Mənsimi, Tutu Salman, Şaiq İsayevin əməyi ilə qurulan Proloq.az ictimaiyyətlə əlaqələr mütəxəssislərinə, PR sektorunun inkişafına, gələcəyini bu sahəyə bağlamaq istəyən gənclərə dəstək olmaq məqsədilə yaradılıb.
“Hədəfiniz varsa, xəbərimiz var” sloqanı ilə yola çıxan sayt qarşısına müəyyən hədəf qoymuş hər bir quruma, şirkətə, insana bələdçilik etmək niyyətindədir.
Proloq.az-ın ilk buraxılışında yerli və xarici mütəxəssislərlə PR-la bağlı müxtəlif mövzularda müsahibələr, məqalələr və müxtəlif xəbərlərlə tanış olmaq mümkündür.
“Hər birimiz doğulandan yaşlanana kimi müştəriyik”, “Seçimlərimizi həzz idarə edir”, “Hamı PR-çıdırmı?”, “Qadın və kişi şüuru fərqli çalışır”, “Necə bir PR şirkəti olmaq istəyirik?, “Uğursuz idarəçi olmaq çətin deyil”, “Telefon operatorlarının yanlışları”, “Jurnalistə donuz daxıl hədiyyə etmək olmaz?”, “Təhsil maşını pulu biliyə çevirə bilmir”,  “Press-relizdə bir cümlə 1500-2000 işarəlik xəbər boyda olur”, “Hansı kütləyə, necə, nə zaman və nə çatdırılmalıdır?” başlıqlarında yazılar dərc olunub.
Qeyd edək ki, bu gün həm də jurnalın baş redaktoru Arzu Soltanın ad günüdür.
Samir Soltanov/AZADİNFORM.

 





02.02.2017    çap et  çap et