525.Az

"Pulitzer" mükafatları təqdim edilib


 

"Pulitzer" mükafatları təqdim edilib<b style="color:red"></b>

ABŞ mediasının ən prestijli mükafatlarından biri sayılan "Pulitzer" lər təqdim edilib.

"New York Times" 4, "Wall Street Journal" (WSJ) 1 və "Washington Post "(WP) 1 mükafat qazanıb. "Pulitzer"in ən mühüm mükafatı sayılan "dövlət xidməti" mükafatını isə Florida ştatındakı "Sun Sentinel" qəzeti əldə edib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumat görə, "New York Times" Çində yeni aristokratiya, "Apple"və "Wal-Mart"ın iş proqramlarının yüksəlişi kimi araşdırma xəbərləri sayəsində mükafatlandırılıb.

Qaynar xəbər jurnalistikası sahəsində mükafatı isə "The Denver Post" əməkdaşları alıb.

21 kateqoriyada verilən mükafat 1917-ci ildə macar əsilli amerikalı jurnalist Cozef Pulitzer tərəfindən təsis edilib.

 





16.04.2013    çap et  çap et