525.Az

Çempionlar Liqasının finalı Bakıda ola bilər


 

Çempionlar Liqasının finalı Bakıda ola bilər<b style="color:red"></b>

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb.
 
Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib.

Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş stadionlar aşağıda adları qeyd olunanlardır:
 
UEFA Çempionlar Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
İspaniya – Madrid – Estadio Metropolitano
 
UEFA Avropa Liqası

Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu
Gürcüstan – Tbilisi – Dinamo Arena
Almaniya – Frankfurt – Frankfurt Stadion
Almaniya – Ştutqart – Arena Stuttgart
Şotlandiya – Qlazqo – Hampden Park
İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan
Türkiyə - İstanbul – Beşiktaş Arena
 
UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.

 





03.02.2017    çap et  çap et