525.Az

"Futbolçuların maaşını verə bilmiriksə..."


 

"Futbolçuların maaşını verə bilmiriksə..." <b style="color:red"></b>

“Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə apardılar. Çalışdıq ki, qol buraxmayaq”.

Qol.az-ın xəbərinə görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov “Qarabağ”la oyundan (1:2) sonra keçirilən mətbuat konfransında deyib.

- Qarşıdan bizim 12 oyunumuz var. Ağır oyunlar olacaq. Yeni oyunçulara gəlincə, Madonun artıq çəkisi var. Yəqin ki, “Qəbələ” ilə oyunda meydanda olacaq. Digər oyunçular mənim çox xoşuma gəldi.

- Qırmızı vərəqə opizodu haqda nə deyə bilərsiniz?

- Bu barədə heç bir şərh vermək istəmirəm. Məncə, bu sualı qarşı tərəfə versəniz daha yaxşı olar. Hakimlikdə səhvlər onsuz da var. Biz danışsaq da, danışmasaq da, onsuz da var. Əgər qırmızı vərəqə verilibsə, deməli, var.

- Ot örtüyü bir çox futbolçunu uzun müddət futboldan edib. Bunun sizin oyuna nə kimi təsiri var?

- Məni ot örtüyü yox, maliyyə durumu düşündürür. Biz futbolçuların maaşını verə bilmiriksə, ot örtüyünü necə dəyişək?

 





03.02.2017    çap et  çap et