525.Az

Şəhərin ortasında canına qəsd etdi


 

Şəhərin ortasında canına qəsd etdi<b style="color:red"></b> Orta yaşlı kişi insanların gözü önündə özünü doğradı
 
Aprelin 16-da axşam saatlarında Bakı şəhərinin Səbail rayonu ərazisində intihara cəhd hadisəsi baş verib. Lent.az-ın əməkdaşının verdiyi məlumata görə, metronun “İçərişəhər” stansiyasının qarşısında orta yaşlı şəxs damarlarını doğrayıb. Həmin şəxs yüksək səslə, qışqıra-qışqıra telefonla danışdıqdan sonra cibindən ülgüc çıxarıb və stansiyanın qarşısına toplaşmış insanların gözü önündə qolunu bir neçə yerdən kəsib. Sonra o huşunu itirərək yerə yıxılıb.
 
Hadisə yerinə polis və tibbi yardım briqadası gəlib. həkimlər bildiriblər ki, qollarını doğramış şəxsin həyatı üçün təhlükə yoxdur. İlkin müayinə zamanı onun bədənində çoxsaylı kəsik izləri də aşkarlanıb.
 
Qeyd edək ki, qollarını doğramış şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb.
 





17.04.2013    çap et  çap et