525.Az

Bank sektorunda çalışanların sayı azalmaqda davam edir


 

Bank sektorunda çalışanların sayı azalmaqda davam edir<b style="color:red"></b>

2017-ci ilin yanvarın ayının 1-nə Azərbaycanın bank sektorunda işçilərinin sayı 16 947 nəfərdir.

"APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.
 
Rəqəmlərin təhlili göstərir ki, dekabrda bank sektorunda çalışanların 61 nəfəri işdən çıxıb. Belə ki, 11 aylıq statistikaya əsasən, bank sektorunda çalışanların sayı 17 008 nəfər olub.

Sentyabrda bank sektorunda çalışan işçilərin sayı 17 490 nəfər idisə, oktyabrda bu göstərici 17 030 nəfər təşkil edib.
 
Qeyd edək ki, hazırda ölkədə 32 bank fəaliyyət göstərir.

 





03.02.2017    çap et  çap et