525.Az

İstirahət günü hava necə olacaq?


 

İstirahət günü hava necə olacaq? <b style="color:red"></b> Fevralın 5-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə zəif duman olacaq.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən 525.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 5-9° isti, Bakıda gecə 0-2° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək - 769 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 70-80%, gündüz 65-70% təşkil edəcək.
 
Rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsasən dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 6-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.

Cavid QƏDİR
 





04.02.2017    çap et  çap et