525.Az

Filarmoniyada Hacı Xanməmmədov xatırlanacaq


 

Filarmoniyada Hacı Xanməmmədov xatırlanacaq<b style="color:red"></b>

Fevralın 21-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında tanınmış bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək gecədə sənətkarın həyat və yaradıcılığından danışılacaq, musiqi mədəniyyəti tarixindəki xidmətləri qeyd olunacaq. Tədbir AzTV-nin S.Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konsert proqramı ilə davam edəcək.

Respublikanın tanınmış və gənc ifaçılarının iştirak edəcəyi konsertdə bəstəkarın dillər əzbəri olan mahnıları səslənəcək.

 





04.02.2017    çap et  çap et