525.Az

Şahin Diniyev: "... Dərhal komandanı tərk edərəm"


 

Şahin Diniyev: "... Dərhal komandanı tərk edərəm" <b style="color:red"></b>

Topaz Premyer Liqanın 16-cı turunda “Zirə”yə uduzan (0:1) “Kəpəz”in baş məşqçisi Şahin Diniyev oyundan sonra fikirlərini bildirib.

Qol.az-ın xəbərinə görə, o, məğlubiyyətdə özünü günahlandırıb.

- Belə oyundan sonra danışmaq çətindir. Komanda bütün oyunu hücumda olsa da, əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. 9 nəfərlə müdafiə olunan rəqibə qol vurmaq çətindi. Bunun üçün oyunçularda ustalıq səviyyəsi yaxşı olmalıdı. Məğlubiyyətdə günahkar mənəm. Heç kimi günahlandırmaq istəmirəm. Özümüz bu quyuya düşmüşüksə, özümüz də çıxmalıyıq. “Zirə”ni təbrik edirəm. Komanda 65 dəqiqə yaxşı müdafiə olundu.
 
- Şahin müəllim, doğrudanmı komandada sizin “torbanız tikilir”?

- İnanmıram. Belə şey olsa, dərhal komandanı tərk edərəm. Məğlubiyyəti futbolçuların, hakimlərin üstünə atmaq ən rahat çıxış yoludur. Belə bir şey varsa da, bunda günahkar mənəm.
 
- Dario yenə istənilən səviyyədə oynamadı...

- Onun 90 dəqiqə yüksək səviyyədə oynaması üçün fiziki cəhətdən tam hazır olmalıdı. O isə təlim-məşq toplanışına gec qoşulduğundan, tam hazır deyil.
 
- Nicat Qurbanov barədə nə deyə bilərsiz?

- Nicatın potensialı var. Sadəcə, bunu aça bilmir. Çox istəyərdim ki, o oynasın. Ancaq bunu gərək özü də istəsin.

 





04.02.2017    çap et  çap et