525.Az

MBNP-nin rəhbərliyində kadr dəyişikliyi


 

MBNP-nin rəhbərliyində kadr dəyişikliyi <b style="color:red"></b> Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərliyində kadr dəyişikliyi olub.
 
"APA-Economics"in əldə etdiyi məlumata görə, Hüquq və icraat departamentinin direktoru Fəxriyar Cabbarov Palatadan ayrılıb. Onu Əfqan Baxışov əvəzləyib.
 
Sorğumuza cavab olaraq MBNP-nin Direktorlar Şurası sədrinin müşaviri Rüfət Abbasov informasiyanı təsdiqləyərək qeyd edib ki, F. Cabbarov öz istəyi ilə vəzifəsindən uzaqlaşıb.
 
Qeyd edək ki, Ə. Baxışov əvvəllər Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə, həmçinin Mərkəzi Bankda Hüquq departamentinin direktor müavini, Təhsil Nazirliyinin Agentliyində Hüquq, insan resursları və informasiya şöbəsinin müdiri vəzifələrində çalışıb.
 





06.02.2017    çap et  çap et