525.Az

Bir neçə rayonun qaz təchizatı məhdudlaşdırıldı


 

Bir neçə rayonun qaz təchizatı məhdudlaşdırıldı<b style="color:red"></b> Magistral qaz kəmərində aparılan təmirlə əlaqədar bir neçə rayonun qazla təminatı saat 9:00-dan 18:00-dək dayandırılıb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhəri, Hacıqabul, Sabirabad və bir neçə rayona qazın verlişi məhdudlaşdırılıb.
 
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən isə bildirilib ki, Qaz İxrac İdarəsi tərəfindən magistral qaz kəmərində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə saat 09:00-dan etibarən təmir işlərinə başlayıb. Qaz təchizatı bu gün saat 18:00-da bərpa olunacaq.
 





06.02.2017    çap et  çap et