525.Az

“Əmək pensiyası haqqında” qanuna dəyişikliklər müsbət qiymətləndirildi


 

“Əmək pensiyası haqqında” qanuna dəyişikliklər müsbət qiymətləndirildi<b style="color:red"></b> Azərbaycanda pensiya islahatlarını nəzərdə tutan “Əmək pensiyası haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi ilə əlaqədar Milli Məclisin Əmək və sosial siyasət komitəsində işçi qrupun iclası keçirilib.
 
APA-nın məlumatına görə, işçi qrupunun iclasında mütəxəssislər qanun layihəsi ilə əlaqədar bir sıra müddəalara aydınlıq gətiriblər. 90-a qədər əlavə və dəyişikliyin nəzərdə tutulduğu layihə ümumilikdə müsbət qiymətləndirilib.
 
Növbəti mərhələdə layihə Əmək və sosial siyasət komitəsində müzakirə olunacaq.
 





06.02.2017    çap et  çap et