525.Az

Bir gecədə 21 edam


 

Bir gecədə 21 edam<b style="color:red"></b>

İraqda dünən gecə müxtəlif cinayətlərdə ittiham olunan 21 nəfər edam edilib.

İraq Ədliyyə Nazirliyindǝn alınan məlumata görə, terror, insan qaçırma, sui-qəsd və bombalama kimi cinayətlər səbəbilə həbs edilən 21 nəfər haqqında verilən edam qərarı dünən gecə icra edilib.

İraqın yarı-rəsmi televiziyası "Əl-İraqiyyə"nin xəbərinə görə, nazirlikdəki mənbələr sözügedən şəxslər haqqındakı qərarların qətiləşməsindən sonra edam hökmünün icra olduğunu bildiriblər.

Beləliklə, İraqda 2013-cü ildə edam edilənlərin sayı 50-yə çatıb. Beynəlxalq Amnistiya Təşkilatı 2012-ci il üçün edam cəzası hesabatında İraqın dünyada edam edilənlərin sayında ən çox artım görülən ölkə olduğunu açıqlayıb. Hesabatda İraqda keçən il 129 məhkumun edam edildiyi bildirilib.

İraqda 2005-ci ildən bəri aralarında sabiq İraq prezidenti Səddam Hüseyn və onun komandasının bəzi üzvləri də daxil olmaqla 447-dən çox insan edam edilib. Edam qərarlarının dayandırılması ilə bağlı beynəlxalq tələblərə baxmayaraq İraqın ədliyyə naziri Həsən Əl Şəmri bu cəzaların davam edəcəyini söyləyib.

TRT

 





17.04.2013    çap et  çap et