525.Az

"Unibank" "Moody's" ilə əməkdaşlığı dayandırdı


 

"Unibank" "Moody' width=234 hspace=5 vspace=5 border=1 align=left /> "Unibank" ASC "Moody's Investors Service" beynəlxalq reytinq agentliyi ilə əməkdaşlığı dayandırıb.
 
Bankdan "APA-Economics" bildirilib ki, kredit reytinqi xarici bazarlardan vəsaitlərin cəlbi zamanı tələb olunur.

Bu gün daxili bazardan, xarici bazarlar ilə müqayisədə daha ucuz və kifayət qədər vəsait cəlb etmək mümkün olduğundan bahalı reytinqin saxlanılmasına ehtiyac yoxdur. Bu səbəbdən də "Moody's" ilə əməkdaşlıq dayandırılıb:

"Əgər xarici bazarlardan vəsaitlərin cəlbi gündəmdə olarsa, biz yenidən əməkdaşlığı nəzərdə keçirəcəyik. Reytinq üçün "Moody's" agentliyinə kifayət qədər böyük məbləğdə vəsait ödənilirdi. Həm də reytinqə ehtiyacın olmadığını, həm də xərclərin optimallaşdırılmasını nəzərə alaraq agentlik ilə əməkdaşlığı dayandırmışıq".
 





07.02.2017    çap et  çap et