525.Az

Dünən baş verən vulkan püskürməsi araşdırılır


 

Dünən baş verən vulkan püskürməsi araşdırılır<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ölkədə qeydə alınan vulkan püskürməsi ilə bağlı açıqlama yayıb.

AMEA-dan APA-ya verilən xəbərə görə, ötən gün Azərbaycan ərazisində 2 vulkan püskürməsi baş verib:
 
"Fevralın 6-da Respublika Seysmoloji Xidmət Mərkəzinin Şirvan seysmik stansiyasından 31 kilometr şimalda-Qaradağ rayonunun Səngəçal qəsəbəsində 2 vulkan püskürməsi baş verib. Ərazidə palçıq vulkanının püskürməsi yerli vaxtla saat 12:20:40-da və 14:18:07-də qeydə alınıb.

“Otman bozdağ” vulkanında iki püskürmə baş verib. Birinci vulkanın püskürməsi 3 dəq 23 san, ikincinin isə 6 dəqiqə davam edib.  “Otman bozdağ” vulkanının püskürməsi sonuncu dəfə 13 il bundan əvvəl – 2004-cü ildə qeydə alınıb. Bu isə vulkanın sayca doqquzuncu püskürməsidir".
 
AMEA-nın Geologiya və Geofizika İnstitutu tərəfindən vulkanla bağlı araşdırmalar davam etdirilir.
 





07.02.2017    çap et  çap et