525.Az

Mənsum İbrahimov Canəli Əkbərova cavab verdi: “6 qardaşım cəbhədə vuruşub”


 

Mənsum İbrahimov Canəli Əkbərova cavab verdi: <b style="color:red">“6 qardaşım cəbhədə vuruşub”</b>

Xalq artisti Mənsum İbrahimov həmkarı Canəli Əkbərovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

M.İbrahimov Modern.az-a açıqlamasında deyib ki, indiyədək Canəli Əkbərova qarşı ən kiçik hörmətsizlik belə, etməyib:
 
“Biz münsiflər olaraq - Arif Babayev, Səkinə İsmayılova, Əlibaba Məmmədov, Sərdar Fərəcov sadəcə fikir bildirmişik. Biz nə onu təhqir etmişik, nə də artıq söz demişik. Biz ümumi olaraq Canəli Əkbərovun qeyri-obyektiv olduğunu demişik. Axı həm də münsifi biz seçmirik. Mən indiyədək 5 müsabiqədə münsif olmuşam. Bu müsabiqəyə məni Heydər Əliyev Fondu dəvət edib. Mən özbaşına orada münsif olmamışam. Bu da işlərim, xidmətlərim sayəsində baş verib”.

Mənsum İbrahimov Canəli Əkbərovun sərgilədiyi davranışı onun mənəviyyatının göstəricisi kimi dəyərləndirib:

“İşlətdiyi təhqiramiz ifadələri Canəli Əkbərova yaraşdırmadım. Nə insan, nə də xalq artisti olaraq. Onun barəsində təhqirlər işlətdiyi insanlar ömürlərini sənətə həsr ediblər. Mən hesab edirəm ki, o, yaşlı adamdır və əsəbləri yerində deyil. Çünki dediklərinə başqa cür anlam verə bilmirəm. Sadəcə ayıbdır. Qaldı ki, etdiyi təhqirlərə, bu, onun mənəviyyatının göstəricisidir. Əlavə də nəsə demək istəmirəm. Heç vaxt da onun barəsində təhqir işlətməmişəm. İndi də işlətməyəcəm”.
 
M.İbrahimov, C.Əkbərovun onun hərbi xidmətdən yayınması ilə bağlı fikirlərini absurd adlandırıb:

“Biz yeddi qardaşıq. 3 qardaşım Qarabağ əlilidir, 3 qardaşım da Qarabağ veteranıdır. Mən özüm hər ay cəbhə bölgəsindəyəm. “Aprel döyüşləri”nin səhəri günü mən Ağdamdaydım. Mən cəbhədən qaçan adam deyiləm. Mənim valideynlərim, yaxınlarım cəbhə bölgəsində yaşayırlar. Bundan başqa, xalq hamını yaxşı tanıyır. Mən heç vaxt qalmaqala qarışmamışam, sənətimlə məşğul olmuşam. Mənim müəllimliyim, opera sahəsindəki fəaliyyətim də göz qabağındadır”.
 
Azərbaycanda neçə illərdir keçirilən Muğam televiziya müsabiqəsinə yenidən start verilib.  Amma budəfəki müsabiqənin münsiflər heyətilə bağlı mübahisəli məqam yaranıb.

Belə ki, xalq artisti Canəli Əkbərov müsabiqənin münsiflər heyətinin tərkibinə qatılmaq istəsə də, digər münsiflər - xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Arif Babayev, Əlibaba  Məmmədov, Sərdar Fərəcov ona etiraz ediblər. Bildiriblər ki, Canəli Əkbərova münsiflər arasında yer verilsə, aləm qarışacaq, ifaçılara qarşı qərəzli çıxışlar edəcək, tez-tez dava düşəcək.

Qeyd edək ki, mərhum xalq artisti Ağaxan Abdullayev vəfat etdiyindən Muğam televiziya müsabiqəsinin münsiflər heyətində bir yer boşalıb.

Canəli Əkbərov Modern.az saytı və “Qafqazinfo”ya müsahibələrində Mənsum İbrahimov haqqında xoşagəlməz ifadələr işlədib. O, Mənsum İbrahimovu hərbi xidmətdən yayınmaqda da ittiham edib.

“Qafqazinfo” xəbər verir ki, xalq artisti həmkarları arasında ən çox Mənsum İbrahimov barəsində ağır ittihamlar irəli sürüb.

M. İbrahimov “Qafqazinfo”ya açıqlama verərək ittihamlara cavab verib. O, Canəli Əkbərovun onu teatra gətirmədiyini söyləyib:

“Biz sadəcə olaraq fikrimizi bildirmişik, Canəli müəllimi nə təhqir etmişik, nə də sənətinə toxunmuşuq. Üzr istəyirəm, onun haqqında nalayiq sözlər işlətməmişəm. Onun mənəviyyatının göstəricisidir. Danışdığı nağıldır. Bəlkə də, mənim bu mövzuda danışmağım qeyri-obyektiv olar. Siz teatr rəhbərləyi ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirə bilərsiz. Guya mənim üçün teatr rəhbəri ilə görüşüb, Məcnun kimi hazırlayıb”.

Xalq artisti həmkarının 90-cı illərdə hərbiyə getməkdən boyun qaçırması barədə verdiyi açıqlamaya münasibət bildirib:

“Cəbhə ilə bağlı danışıb. Biz yeddi qardaşıq, mənim 6 qardaşım cəbhədə vuruşub. Beşi Qarabağ veteranıdır, onlardan ikisi eyni zamanda Qarabağ əlilidir, biri böyrəyini itirib. Özüm hər dəqiqə cəbhə bölgəsinə gedirəm. Qaçmaq nə deməkdir? Aprel hadisələrindən bir gün sonra Ağdama getmişdik, xalqın içində olduq. Mən bu cür tərbiyə görməmişəm, ancaq nağıl danışıb. Yaşına-başına uyğun hərəkət etmir, mən ona nə deyim? Hər zaman ona hörmət qoymuşam. Məni tanıyan hər kəs tanıyır”.

“Qafqazinfo” mövzu ilə bağlı Opera və Balet Teatrının mövqeyini öyrənməyə çalışıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva Canəli Əkbərovun söylədiyi fikirləri təkzib edib:

“Canəli Əkbərov qeyd edib ki, guya o, teatrın muğam operaları üzrə bədii rəhbər olub. Belə deyil, Canəli müəllim teatrın yalnız solisti olub. Heç bir bölmə rəhbəri olmayıb Mənsum İbrahimova şəxsən Akif Məlikovun təşəbbüsü və göstərişi ilə Məcnun rolunun icrası üçün tapşırıb verilib. Canəli Əkbərov heç vaxt İbrahimovun Məcnun rolunu ifa etməsinə səbəbkar olmayıb. Heç vaxt rəhbərliyə Mənsum İbrahimov barədə təqdimat verməyib”.

 





08.02.2017    çap et  çap et