525.Az

İlham Əliyev Mahmud Əhmədinejada başsağlığı verib


 

İlham Əliyev Mahmud Əhmədinejada başsağlığı verib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejada başsağlığı verib.

525.az-ın məlumatına görə, başsağlığında deyilir: “Ölkənizin cənub-şərqində baş vermiş zəlzələnin doğurduğu ağır nəticələr barədə xəbər bizi son dərəcə sarsıtdı.
 
Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.
 





17.04.2013    çap et  çap et