525.Az

Bakı-Şamaxı yolu yenidən qurulur


 

Bakı-Şamaxı yolu yenidən qurulur<b style="color:red"></b> Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik ( 77.7 km ) hissəsinin I texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına (bəzi hissələrdə 6 zolaq) genişləndirilməsi layihəsi icra olunur.
 
"Azəravtoyol"dan Lent.az-a verilən məlumata görə,  Bakı-Şamaxı-Yevlax avtomobil yolunun qeyd olunan hissəsinin yenidən qurulması layihəsi üzrə yolun genişləndirilməsi, avtonəqliyyat vasitələrinin yola asan girişini təmin etmək məqsədi ilə hər iki istiqamət üzrə 4.5 m enində kollektor yolların inşası, Müşfiq qəsəbəsinə daha təhlükəsiz giriş-çıxışını təmin etmək üçün mövcud yol ötürücüsündən istifadə etməklə 300 m uzunluğunda qəsəbədaxili yolun, həmçinin drenaj şəbəkəsinin yenidən qurulması işləri yerinə yetirilir.
 
Ümumilikdə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13.3-91-ci km-lik hissəsində layihə çərçivəsində 123 ədəd dairəvi boru, 14 ədəd düzbucaqlı su keçidi, 20 ədəd yeraltı keçid və 26 ədəd drenaj boru olmalıdır. Həmçinin yol boyu zəruri olan ərazilərdə 8 ədəd yerüstü piyada keçidinin inşası da planlaşdırılır. 
 
Qeyd edək ki, regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.
 





09.02.2017    çap et  çap et