525.Az

Əbülfəs Qarayev Yaponiya səfiri ilə görüşdü


 

Əbülfəs Qarayev Yaponiya səfiri ilə görüşdü<b style="color:red"></b> Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi ilə görüşüb.

Nazirlikdən 525.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Yaponiya arasında mədəniyyət və turizm sahələri üzrə əlaqələrin səviyyəsi yüksək qiymətləndirilib.
 
İki ölkə arasında  sözügedən sahələrdə əməkdaşlığın perspektivləri haqqında fikir mübadiləsi aparılıb və turizm üzrə əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
 
Nazir Tsuquo Takahaşinin Yaponiyanın ölkəmizdəki səfiri olaraq fəaliyyət göstərdiyi müddətdə qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edib. O, ölkəmizdə fəaliyyəti müddətində iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair əlindən gələni əsirgəmədiyini bildirib.
 
Ə. Qarayev lV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak barədə Yaponiya rəsmilərinə ünvanlanmış dəvət məktublarını səfirə təqdim edib.
 





09.02.2017    çap et  çap et